GiftPlay · ilk oyun: Toyxana, Azərbaycan toyu

Canlı yayımını virtual toya çevir, hədiyyələrdən qazan 💰

İzləyicilər hədiyyə atır və dərhal toya qoşulur: gəlin, bəy, nağaraçı olur, disko açır, vağzalı çaldırır. Hər hədiyyə ekranda canlanır, insanlar daha çox atır, sən daha çox qazanırsan.

✅ Proqram yükləmək yoxdur🇦🇿 Tam Azərbaycanca⚡ 5 dəqiqəyə hazır
Toyxana oyunu: GiftPlay
🎁 1 gün pulsuz
🔥 25+ hədiyyə effekti
25+hədiyyə effekti
6milli toy adəti
3saray stili
24/7işləyir
TOYXANA NƏDİR?

Yayımın artıq sadəcə yayım deyil, toydur

Toyxana GiftPlay-in TikTok canlı yayımı üçün hazırladığı ilk interaktiv oyundur. Ekranda şadlıq sarayı, yallı gedən qonaqlar, bəy və gəlin var. Hər TikTok hədiyyəsi toyda nəsə baş verdirir. İzləyici öz adını və şəklini toyda görür, ona görə də daha çox qalır və daha çox hədiyyə atır.

  • 💃 Gül atan yallıya qoşulur, profil şəkli üzündə görünür
  • 👰 50 coin atan gəlin, 40 coin atan bəy olur
  • 🪩 Disko, 💐 vağzalı, 💞 tans, 🌿 xına, 🥊 dava və polis
  • 🎤 Tamada hədiyyə atanın adına sağlıq deyir
  • 📊 Kim nə qədər atıb, hamısı panelində görünür
QAZANC KALKULYATORU

Nə qədər qazana bilərsən?

Rəqəmləri öz yayımına görə dəyiş

Bir ayda təxmini
0 coin
≈ $0 (≈ 0 ₼)
Aylıq kirayə cəmi 25 ₼.
* Təxmini hesabdır: TikTok-un yayımçıya payı ~1 coin ≈ $0.005 götürülüb. Real gəlir yayımına, auditoriyana və TikTok qaydalarına görə dəyişir, zəmanət deyil.
NECƏ İŞLƏYİR

4 addımda hazırsan

📝

Qeydiyyat

Saytda qeydiyyatdan keç, 1 dəqiqə çəkir. İlk gün pulsuzdur.

🔑

Giriş et

Saytın sağ yuxarısındakı «Giriş et» düyməsini bas, oyununu seç və TikTok username-ni yaz.

🖥

Səhnəni aç

«Səhnəni aç» bas, TikTok LIVE Studio-da pəncərəni seç.

💰

Yayıma başla

İzləyicilər hədiyyə atır, toy canlanır, sən qazanırsan.

İMKANLAR

Hər hədiyyənin öz şousu var

Coin qiymətlərini panelindən özün dəyişə bilərsən

1💃

Yallıya qoşul

Gül atan dərhal toya gəlir, adı və şəkli ilə.

40–99👰

Bəy və gəlin ol

Toyun əsas qəhrəmanı ol, hamı səni görsün.

10–14🪩

Disko modu

Işıqlar sönür, hamı oynayır, biri salto vurur.

15–19💐

Vağzalı

Hamı düzülür, gəlin gül atır, tutanın adı ekranda.

20💞

Tans modu

Hamı qız-oğlan cüt-cüt rəqs edir.

30–39🌿

Xına gecəsi

Qızlar şamla, xına mahnısı ilə.

101+🚪

Qaytağı, qapı bağlama

Milli adətlər: qonaqlar yarışır.

299🥊

Dava və polis

İki nəfər dalaşır, polis aparır 😄

1000+🚗

Gəlin maşını

Bəy-gəlin bəzəkli maşınla gəzintiyə.

avto🎂

Toy tortu

Hər 1000 coin-də tort kəsilir, fişəng.

avto🧠

Viktorina, yarış

Qız evi – oğlan evi, suallar, tac.

avto🎤

Tamada

Hədiyyə atanın adına sağlıq deyir.

GÖRÜNTÜLƏR

Oyundan kadrlar

Hamısı oyunun özündən çəkilib

Qonaqlar toya gəlir
Gəlin və pul səpmə
Disko modu
Kefli və təcili yardım
Gəlin maşını
Saray stilləri
KİMLƏR ÜÇÜN

Toyxana kimə uyğundur?

🎙

Yayımçılar

Yayımın darıxdırıcı olmasın: izləyici özü oyunun içindədir, hədiyyə atmağa həvəs yaranır.

🛍

Biznes səhifələri

Mağaza, salon, ustalar: yayım açıb izləyici topla, səhifəni böyüt.

🎉

Toy-şadlıq sahələri

Öz sarayının adı ilə virtual toy: reklam və əyləncə bir yerdə.

QİYMƏTLƏR

Sadə və ucuz

İlk gün pulsuz. Bəyənsən, istədiyin paketi seç

✅ Bütün oyun funksiyaları✅ Öz mahnıların✅ Hədiyyə statistikası✅ Öz saray adın✅ WhatsApp dəstək✅ Yeni oyunlar gəldikcə
TEZLİKLƏ

Yeni oyunlar yoldadır 🚀

Bir panel, bir kirayə: yeni oyunlar əlavə olunduqca hamısı səndə

Ad günü LIVE
Penalti LIVE
Novruz LIVE
Yarış LIVE
Kənd LIVE
🎲

Nərd LIVE

Çayxana nərd turniri: izləyicilər hədiyyə ilə zər atır

TEZLİKLƏ
🎤

Karaoke LIVE

Mahnını hədiyyə ilə sifariş et, səhnədə ulduz ol

TEZLİKLƏ
🛒

Bazar LIVE

Hədiyyə ilə dükan aç, alver et, bazarın şahı ol

TEZLİKLƏ
SUALLAR

Tez-tez soruşulanlar

Nə lazımdır?

Windows kompüter, Google Chrome və ya Microsoft Edge, TikTok LIVE Studio və canlı yayım aça bilən TikTok hesabı.

Proqram yükləmək lazımdır?

Xeyr. Saytda «Giriş et» düyməsini basırsan, hər şey brauzerdə işləyir.

Mahnıları özüm seçə bilərəm?

Bəli. Kompüterindəki qovluğu seçirsən (əsas, disko, vağzalı, tans, xına), mahnılar oradan çalır.

Hədiyyə qiymətlərini dəyişə bilərəm?

Bəli. Məsələn «Gəlin ol» 50 yox, 30 coin olsun: panelindən dəyişirsən, ekranda dərhal yenilənir.

Saray adını öz adımla yaza bilərəm?

Bəli. Məsələn «GƏNCƏ ŞADLIQ SARAYI». Kirayə zamanı de, sənin üçün yazaq.

Yayımda mən görünməliyəm?

TikTok canlı insan görmək istəyir. Küncdə kiçik kamera ilə görünmək və arabir danışmaq tövsiyə olunur. Belə yayım daha çox qazanır və bağlanmır.

Ödəniş necədir?

WhatsApp-a yaz, ödəniş üsulunu razılaşdıraq. Ödənişdən sonra məbləğ balansına yazılır, paketi hesabından özün seçirsən.

Dostumu gətirsəm nə qazanıram?

Hər hesabın öz dəvət kodu var. Dostun qeydiyyatda bu kodu yazsın: 15 gün ərzində həftəlik və ya daha böyük paket alsa, sənə 3 gün pulsuz əlavə olunur.

Bu gün pulsuz sına! 🎉

1 gün tam pulsuz. Bəyənməsən, heç nə ödəmirsən.

👤 Giriş et
🎁 Pulsuz sına